...

Azərbaycanın futbol üzrə ölkə kubokunun keçirilmə tarixi dəyişib

Cəmiyyət Materials 1 May 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə ölkə kubokunun final oyununun keçirilmə vaxtı dəyişdirilib. Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) mətbuat xidmətindən cümə axşamı Trend a verilən məlumata görə, final oyunu yığma komandanın iyunun 1-də Bosniya və Hersoqovina komandası ilə görüşə hazırlığı məqsədi ilə mayın 28-də yox, 24-də keçiriləcək.

Azərbaycan kubokunun finalında "Xəzər-Lənkəran"la "İnter" klubları oynayacaq. Final oyununu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Kubokun final matçı ilə yanaşı Premyer-Liqanın 26-cı turunun oyunlarının keçirilmə vaxtı da dəyişdirilib. Mayın 24-də və 25-də keçirilməli olan son turun oyunları ayın 27-də və 28-də keçiriləcək.

Azərbaycan yığması Bosniya və Hersoqovina komandası ilə səfərdə qarşılaşacaq. Bu oyunun keçirilməsini Bosniya və Hersoqovina Futbol Federasiyası təklif edib. İyunun 4-də isə Azərbaycan yığması səfərdə Andorra millisi ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti