Azərbaycan, Bakı, 02 may/ Trend , müxbir M.Əliyev/ ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti təşkilata üzv ölkələri media azadlığını müdafiə etməyə, jurnalistlərə qarşı zorakılığın qarşısını almağa və söz azadlığına məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
"Ötən il ərzində biz söz azadlığı ilə bağlı vəziyyətin - jurnalistlərin fiziki təhlükəsizliyi və tənqidi ifadələrin hüquqi müdafiəsi ilə bağlı vəziyyətin pisləşməsini müşahidə etmişik", - Beynəlxalq Mətbuat Azadlığı günü ilə əlaqədar Haraşti cümə günü bildirib.
ATƏT nümayəndəsi qeyd edib ki, bəzi ölkələrdə jurnalistlərin zorakılıq hədəfləri olması hallar artıb və bu hərəkətlər cəzasız qalıb. O, hökumətləri jurnalistləri qorxudan hər bir kəsə qarşı tədbilər görməyə çağırıb.
"Tənqidi materialların qisası kimi jurnalistlər, döyülməkdən başlayaraq, Ermənistan, Azərbaycan, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Macarıstan, Çernoqoriya, Rusiya, Serbiya və Makedoniyada ölüm faktlarınadək fiziki zorakılıqla qarşılaşıblar", - Haraşti bildirib.
O, hökumətləri jurnalistlərə nümayişləri, o cümlədən icazəsiz nümayişləri işıqlandırmaqda yardım edərək, onları müdafiə etməyə çağırıb. Haraşti əlavə edib ki, özbaşınalıq, siyasi məhdudiyyətlər və ya təhqiredici nitqlər də azad mətbuatı təhlükə altına qoyur.
"Jurnalistlər debatları və ya bizim Belarus, Qazaxıstan, Moldova, Rusiya və Tacikstanda müşahidə etdiyimiz mübahisəli məsələlərin tənqidini işıqlandıraraq ekstremistlər kateqoriyasına aid edilirlər. Bundan əlavə, tarixi və ya dini disputların kriminallaşması müşahidə edilir. Biz bunu Azərbaycan, İsveçrə və Türkiyədə müşahidə etmişik", - Haraşti bildirib.
ATƏT nümayəndəsi hakimiyyətləri cəmiyyətdəki müzakirələrin ədalətsiz şəkildə məhdudlaşdırılmasından imtina etməyə çağırıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]