...

Azərbaycan Ombudsmanı prezidentə müraciət edəcək

Cəmiyyət Materials 3 May 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir C.Babayeva/ İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Qubada aşkarlanmış kütləvi məzarlığın tezliklə abidə şəklinə salınması, burada muzey yaradılması ilə əlaqədar Azərbaycan prezidentinə müraciət edəcək. Ombudsman aparatından Trend -a verilən məlumata əsasən, bu barədə Ombudsman kütləvi məzarlıqda aparılan işlərlə tanış olarkən bildirib.

2007-ci ilin əvvəllərində Quba rayonunun Qırmızıkənd qəsəbəsində (Quba rayonu dağ yəhudilərinin kompakt yaşadığı yerdir) kütləvi məzarlıq aşkar olunub. Azərbaycanlı alimlərin gətirdikləri dəlillərə əsasən, orada XX əsrin əvvəllərində erməni daşnaklarının qurbanına çevrilmiş onlarla və hətta yüzlərlə yəhudinin qalıqları tapılıb. Azərbaycanlı alimlər müvafiq istiqamətdə araşdırmaları davam etdirirlər və məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb edirlər.

Ombudsmanın sözlərinə görə, Quba məzarlığı ilə bağlı üzə çıxmış həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq son dərəcə vacibdir.

"Bu faktlar uydurma "erməni soyqırımı" iddialarını bir daha ifşa edərək, tarixin ermənilər tərəfindən saxtalaşdırılmasını sübut edir", - deyə Ombudsman bildirib.

Süleymanova erməni təcavüzünün 20 illiyi ilə bağlı, ermənilərin törətdikləri soyqırımların dünyaya çatdırılması məqsədilə beynəlxalq konfransın keçirilməsini təklif edib.

Kütləvi məzarlıqda açıq muzeyin yaradılması ilə bağlı təkliflərlə əlaqədar müvafiq arayışın hazırlanaraq, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasında müzakirə olunması və Ombudsman təsisatına təqdim edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti