Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossasiyası (AFFA) qadın futbolçulardan ibarət yığma komandanın üzvlərini mükafatlandırıb. Bu barədə Trend a AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Qadın futbolçulardan ibarət yığma komanda UEFA-nın Bakıda keçirilən turnirinin qalibi olub. Yığma komanda turnir çərçivəsində keçirdiyi oyunlarda Gürcüstan futbolçularını 3:0, Litva və Makedoniya yığmalarını 2:1 hesabıyla məğlub edib.
Yığma komandanın üzvlərinin mükafatlandırılması mərasimi bu gün AFFA-nın inzibati binasında təşkil olunub. Tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov iştirak ediblər.
Qadın futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Şamil Heydərovdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]