...

"Yeni Ulduz-7" dən sonra özümü tək hiss edirəm - müğənni Çingiz Mustafayev

Cəmiyyət Materials 7 May 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Şahin Cavadsoy/

Yerli efir məkanının baxımlı yarışmalarından olan "Yeni Ulduz-7" müsabiqəsinin birincisi Çingiz Mustafayev özünü tək hiss edir. Sənətçi deyir ki, müsabiqənin bitməsindən aylar ötməsinə baxmayaraq, o, hələ də acılı-şirinli ulduz anlarının təəssüratı ilə yaşayır: "Çox maraqlı günlər yaşamışdıq. "Yeni Ulduz-7"dən sonra özümü tək hiss edirəm. Hərdən düşünürəm ki, tamaşaçılarım nəyə görə indi öz dəstəklərini məndən əsirgəyirlər. Lakin bəzi tədbirlərdə etdiyim çıxışlarda, az da olsa pərəstişkarlarımın olduğunu görəndə çox sevinirəm. Bu o, deməkdir ki, mənim səhnədə öz yerim var".

Yaradıcılığındakı yeniliklərdən söz düşəndə isə Çingiz TrendLife-a bunları söyləyib: "Yaxın günlərdə www.mustafayevchingiz.az - ünvanlı veb səhifəm İnternet yuzerlərinin istifadəsinə veriləcək. Saytımın soyadımla yaradılmasının əsas məqsədi, imzamın Milli qərhəman Çingiz Mustafayevlə səhv salınmasıdır. Dəfələrlə tanımadığım insanlar sual edirlər ki, mən mərhum

tele-jurnalistin oğluyam, ya-yox. Amma təkrarən söyləmək istəyirəm ki, bu yalnız xoş təsadüfdür. O ki, qaldı yeniliklərə, bir neçə mahnını lentə yazdırmaqla məşğulam. Yəqin ki, dinləyicilər çox yaxınlarda bu musiqiləri eşidə biləcəklər".

Xəbər lenti

Xəbər lenti