...

Azərbaycanın bədii gimnastları 3 böyük turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 8 May 2008 11:32 (UTC +04:00)
Azərbaycanın bədii gimnastları 3 böyük turnirdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın bədii gimnastları mayın 8-dən 11-dək beynəlxalq dərəcəli 3 turnirdə qüvvəsini sınayacaqlar. Bu barədə cümə axşamı Trend a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Portuqaliyada bu gün start götürəcək beynəlxalq turnirdə Azərbaycanı Nigar Əbdülsəlimova ilə Səidə Abdullayeva təmsil edəcək.

Rusiyada 8-11 may aralığında keçiriləcək turnirdə Nigar Mirzəyeva, Ceyla Quliyeva, Əzizə Şirinbəyova, Aynur Mirzəyeva, Bahar Əsgərova, Yekaterina Prokopenko, Lalə Yusifova və Cəmilə Hüseynova iştirak edəcək.

Mayın 9-dan 11-dək Fransada keçiriləcək bədii gimnastika üzrə dünya kubokuna Azərbaycanın 3 idmançısı qatılacaq. Hər üç gimnast - Zeynəb Cavadova, Aliyə Qarayeva və Anna Qurbanova Azərbaycanın ən perspektivli gimnastlarıdır.

Bir müddət əvvəl Polşada keçirilən beynəlxalq turnirdə Azərbaycanın bədii gimnastika üzrə qrup komandası və yunior Nigar Əbdülsəlimova qızıl medal qazanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti