...

Azərbaycan və Turikiyə "Eurovision" müsabiqəsində ən gözəl çıxış edənlərdən olacaq

Cəmiyyət Materials 10 May 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx. TrendLife Eldar Hüseynzadə/

"Eurovison" müsabiqəsindən əvvəl orada iştirak edən musiqiçilər başqa ölkələrə xüsusi baxışa göndərilir, müxtəlif konsert proqramları ilə çıxış edib, nəyə qadir olduqlarını sübuta yetirirlər. Türkiyənin "Mör və Ötəsi" qrupu da Azərbaycana konsert vermək üçün gəlib. Adıçəkilən qrup Türkiyədə çox məhşurdur. 13 il səhnədə olan bu qrupun 5 albomu və 12 klipi var. Bu qrupun Azərbaycanda da fanatları az deyil. Yerigəlmişkən onu da qeyd edək ki, bu ikinci türk qrupudur ki, "Eurovision" müsabiqəsində çıxış edəcək. Bu gün onlar Türkiyə səfirliyində mətbuat-konfransı keçiriblər. Mətbuat konfransına qədər isə zalda qrupun klipləri nümayiş etdirilib. Konfrans ilk olaraq, sərt suallarla başlayıb. Axı, o vaxt məhz Türkiyə Ermənilərə maksimal balı vermişdi. "Azərbaycan və türk xalqı çox yaxındır. Biz hamının yerinə danışa bilmərik. Şəxsən biz sizi dəstəkləyəcəyik"-deyə qrup üzvləri bildiriblər.

Bundan əlavə onlar onu da qeyd etdilər ki, müsabiqədə bütün mahnıları türk dilində oxuyacaqlar. "Hər kəsə sübut etmək istəyirik ki, rok türk dilində də çox gözəl səslənir. Bizim üçün ən əsası həmin müsabiqədə iştirak etməkdir".

Bizdə öz növbəmizdə həm öz iştirakçılarımıza, həm də bu qruppa həmin müsabiqədə uğurlar arzulayırıq.

Xəbər lenti

Xəbər lenti