...

Xalq artisti Nodar Şaşıqoğlu arzusunun ürəyində qalacağından nigarandır

Cəmiyyət Materials 12 May 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /müx. TrendLife Safura/

Neçə illərdir Rus Dram Teatrında çalışan Nodar Şaşıqoğlu hamının yaddaşında Mehdi Hüseynzadə obrazı kimi qalıb. Hazırda aktyor "Arzular həyata keçir" tamaşasında rol alıb. Lakin teatrın təmiri başa çatsa da, açılış mərasimi rəsmi olaraq sentyabrın 15-nə keçirilib. Bu haqda TrendLife-a xəbər verən Nodar Şaşıqoğlu bunları söylədi: "Artıq müəyyən qədər yaşım var. Özümü qoca adlandırmaq istəmirəm, amma tez-tez xəstələnirəm. Öz işimdən həqiqətən zövq alıram, lakin həyat gözlənilməz anda insana sürprizlər bağışlayır. Qorxuram, mənə verilən rolu oynamağa zamanım çatmasın. Hər şey ola bilər. Teatrın senytabrın 15-də açılması məni bir o qədər də sevindirmir. Deyilənlərə görə, Amerikadan yeni qurğular gətirilib. Bizdə isə həmin qurğularda çalışa bilən mütəxəssislər yoxdur. İndi həmin qurğularla işləyə bilən mütəxəssis hazırlayırlar. Ümid edirəm, teatrın açılışını görmək mənə də nəsib olacaq".

Xəbər lenti

Xəbər lenti