Azərbaycan, Naxçıvan, 19 may / Trend , müxbir E.Məmmədov/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasında bazar ertəsi günorta saatlarında düşən dolu nəticəsində, əkin və bağ sahələrinə ciddi ziyan dəyib. Trend un bölgə müxbirinin məlumatına görə, Muxtar Respublikanın Kəngərli rayonunun Şaxtaxtlı, Qıvraq, Yurdçu və Qarabağlılar kəndlərinə bu gün 16:40 və 16:55 radələrində dolu düşüb. Düşən dolunun ən kiçik ölçüsü qoz boyda olub.
Yurdçu kəndinin inzibati ərazi üzrə nümayəndəliyinin rəhbəri Əbülfəz Əliyev Trend -a bildirib ki, hazırda dolunun vurduğu ziyanın həcmi müəyyənləşdirilir.
Dolu Şərur rayonunun kəndlərinə də ziyan vurub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]