Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan "Qəbələ" klubu baş məşqçi Ramiz Məmmədovla yeni müqavilə bağlayıb. Bu barədə Trend -a cümə axşamı "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.
Məmmədov "Qəbələ"də baş məşqçi vəzifəsinə ötən ilin yayında təyin olunmuşdu. Ondan əvvəl komandaya Faiq Cabbarov rəhbərlik edib.
"Qəbələ" klubu rəhbərliyinin baş məşqçi ilə bağladığı yeni müqaviləyə görə, o, növbəti mövsümdə də komandanın baş məşqçisi olacaq.
Bir müddət əvvəl "Qəbələ" klubu rəhbərliyinin Məmmədovu istefaya göndərəcəyi ilə bağlı xəbər yayılmışdı.
Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, yeni mövsümdən etibarən, "Qəbələ"nin heyətində çıxış edəcək futbolçuların çoxu Azərbaycan yığma komandasının üzvləri olacaq.
"Qəbələ" Azərbaycan Premyer-Liqasında 36 xalla altıncı yerdədir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]