...

Azərbaycanın peşəkar boksçusu nokautla qələbə qazanıb

Cəmiyyət Materials 23 May 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov Rusiyanın Sankt-Peterburq şəhərində keçirdiyi görüşdə qələbə qazanıb. Bu barədə Rusiya mətbuatı məlumat verib.

İsmayılov "WBO Latino" qızıl kəmərini qorumaq üçün braziliyalı boksçu Pedro Otasla döyüşüb. 12 raunddan ibarət olan döyüşün ikinci raundunda İsmayılov rəqibini nokauta salıb. Bu qələbədən sonra azərbaycanlı peşəkar boksçu titulunu qoruyub.

Azərbaycanlı boksçu Sankt-Peterburqdakı döyüşə kimi keçirdiyi 14 görüşdən 12-də qələbə qazanmışdı. Onun rəqibi isə 17 görüşün hamısını qələbə ilə başa vurmuşdu.

İsmayılov qarşıdakı aylarda Amerikanın Los-Ancels şəhərində bir neçə reytinq xarakterli döyüşlər keçirməyi planlaşdırıb.

Təcrübəli boksçu 10 il Azərbaycanın boks yığmasının kapitanı olub. O, dəfələrlə dünya və Avropa çempionatlarının bürünc medallarını qazandığı üçün "bürünc Əli" kimi tanınır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti