...

Şəki teatrı Türkiyədən qayıdıb, Kukla teatrı isə Finlyandiyaya yola düşüb

Cəmiyyət Materials 26 May 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Eldar Hüseynzadə/

May ayı teatrlar üçün qastrollar ayı hesab edilir. Belə ki, Gənc Tamaşaçılar Teatrı Rusiyadan qayıdıb, dünən Musiqili Komediya Teatrı Türkiyəyə yola düşüb. Mədəniyyət və turizm nazirliyinin TrendLife-a verdiyi xəbərə görə, bu yaxınlarda Şəki Teatrı İstambul və Üsküdara şəhərlərindən qastroldan qayıdıb. Adıçəkilən teatrı Türkiyəyə Üsküdara şəhərinin bələdiyyəsi dəvət edib. Aktyorlarımız orada "Xoş anlar" tamaşasını təqdim ediblər. Kukla Teatrı da qastrola hazırlaşır. Belə ki, bu gündən etibarən teatr kollektivi Finlyandiyada keçirilən "Ağ və Qara" adlı Beynəlxalq festivalda iştirak edəcək. Festival iyunun 2-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti