...

Azərbaycanın "Bakı" klubu heyətini "Neftçi"dən ayrılan futbolçularla gücləndirəcək

Cəmiyyət Materials 27 May 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu keçmiş oyunçuları olan Ramal Hüseynovla Ramin Quliyevi geri qaytaracaq. "Hər iki futbolçu son çempionatda "Neftçi"də çıxış edib. Amma artıq "Neftçi" bu oyunçuları transferə çıxardığından, Quliyev ilə Huseynovu yenidən "Bakı"ya qaytaracağıq", çərşənbə axşamı Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov bildirib.

Quliyev və Hüseynov "Neftçi" klubuna "Bakı"dan transfer olunub. Hər iki futbolçu "Bakı"nın heyətində Azərbaycan çempionluğunu qazanıb.

Məmmədov bildirib ki, növbəti çempionatda mükafatçılar sırasına düşmək istəyən "Bakı"da çox ciddi dəyişikliklər olacaq. "Bu gün "Turan" komandası ilə keçirəcəyimiz oyundan sonra növbəti mövsümdə xidmətində maraqlı olmadığımız futbolçuların adlarını açıqlayacağıq. İndidən bunu deyə bilərəm ki, komandamızdan gedən oyunçuların sayı çox olacaq" - deyə baş menecer əlavə edib.

"Bakı" klubu artıq Azərbaycan yığma komandasının da formasını geyən futbolçusu Anatoli Ponomaryovla yollarını ayırıb. Buna səbəb oyunçunun son çempionatda istənilən səviyyədə çıxış etməməsi olub.

Bu gün Azərbaycan Premyer-Liqasının son turu çərçivəsində "Bakı" "Turan" komandası ilə oynayacaq.

"Bakı" klubunun baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir. O, Avropa çempionatının son seçmə mərhələsinin iki oyununda Azərbaycan yığma komandasına rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti