Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir A.Kirtsxaliya/ Azərbaycanın müstəqilliyinin 90 illik yubileyi münasibətilə mayın 28-də Tbilisidə sərgi keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend -a verilən məlumata əsasən, müstəqillik gününə həsr olunmuş sərgi Tbilisi Dövlət Universitenin birinci korpusunun foyesində keçiriləcək.
Sərgini dövlətin birinci şəxsləri, Azərbaycan diasporunun nümayəndələri və digər maraqlı şəxslgr iştirak edəcək. Ekspozisiya saat 12:00-da açılacaq.
Axşam, saat 19:00-da "Şeraton Metexi palas" mehmanxanasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi rəsmi ziyafət keçiriləcək.