...

Azərbaycanın futbol üzrə çempionu Çempionlar Liqasında iki mərhələ keçəcəyini iddia edir

Cəmiyyət Materials 29 May 2008 16:49 (UTC +04:00)
Azərbaycanın futbol üzrə çempionu Çempionlar Liqasında iki mərhələ keçəcəyini iddia edir

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının çempionu olmuş "İnter" klubunun prezidenti Georgi Nikolov rəhbərlik etdiyi klubun Çempionlar Liqasında iki mərhələ adlayacağını iddia edir. "Klubumuz Çempionlar Liqasında uğurlu mübarizə aparmaq üçün heyətini gücləndirəcək. Hesab edirəm ki, "İnter" Çempionlar Liqasında bir, hətta iki mərhələ adlaya biləcək",- cümə axşamı Trend -a "İnter" klubunun prezidenti deyib.

"İnter" Azərbaycan çempionu adını mayın 28-də "Qəbələ" ilə oyunda 4:0 hesablı qələbə qazanmaqla əldə edib.

İndiyədək Azərbaycanın heç bir klubu Çempionlar Liqasında iki mərhələ keçə bilməyib.

Nikolov "İnter" klubunun büdcəsi və çempion olmuş futbolçuların hansı məbləğdə pul mükafatı aldığı barədə danışmaq istəməyib. O deyib ki, bu, klubun daxili işidir.

"İnter"in Bolqarıstandan olan prezidenti bildirib ki, klubun hazırki baş məşqçisi Valentin Xodukinlə yeni müqavilə bağlanılacaq. "Baş məşqçimizi istefaya göndərmək fikrimiz yoxdur. O özü istədiyi vaxt gedə bilər. Xodukinin "İnter" klubu ilə müqaviləsi bu ilin iyun ayında başa çatacaq. Biz onunla yeni müqavilə bağlamaq istəyirik" - deyə prezident əlavə edib.

Ukraynadan olan Valentin Xodukin Azərbaycanın futbol tarixinə çempion olmuş ilk əcnəbi baş məşqçi kimi düşüb. Onadək heç bir xarici mütəxəssis Azərbaycan çempionluğunu və ölkə kubokunu qazana bilməmişdi. Xodukindən əvvəl "İnter"in baş məşqçisi ukraynalı Anatoli Konkov olub.

"İnter"in prezidenti bildirib ki, klubun Azərbaycan çempionu olması münasibəti ilə iyunun 7-də tədbir keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti