Azərbaycan, Bakı, 30 may /müx. TrendLife Eldar Hüseynzadə/
Görkəmli yazıçı Mircəlal Paşayevin bu il 100 yaşı tamam olur. Məhz bu yubileylə əlaqədar nəinki Azərbaycanda, ölkədən kənarda belə müxtəlif tədbirldər təşkil olunur. Onun yaradıcılıq gecəsi Rusiyada, Türkiyədə, Fransa da qeyd olunacaq. TrendLife-ın verdiyi məlumata görə, bu gün M. F. Axundov adına kitabxanada yazıçının "Göylər adamı" kitabının təqdimat mərasimi keçirildi. Adıçəkilən kitab "Pozulmayan xatirələr" layihəsi çərçivəsində nəşr olunub. Tədbir başlamazdan əvvəl R. Gülgün bizə bir az məlumat verdi. "Bu layihə çərçivəsində Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında 50 kitab yazılmalıdır. Hamıya məlumdur ki, Mircəlal Paşayevin 100 illik yubileyi ölkədən kənqarda da qeyd olunur. Ona görə də qərara aldıq ki. "Pozulmayan xatirələr" layihəsinin ilk kitabını bu yazıçıya həsr edək. İnanın üç-dörd ay müddətində Axundov adına kitabxanadan Mircəlal Paşayeva aid bir çox materiallar topladıq. Ümidvaram ki, gənc nəsil bu yazıçı haqqında bilmədiklərini bu kitab vasitəsi ilə öyrənəcəklər".
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdı. "Qərara aldıq ki, bu kitabın ilk bölümünü Mircəlal Paşayeva həsr edək. Bu işdə bizə göstərdiyi köməyə görə Nərgiz Paşayevaya dərin minnətdarlığımızı bildiririk",-deyə nazir söyləyib.
Mərasimdə M. F. Axundov adına kitabxananın direktoru Kərim Tahirov, Təhsin Mütəllimov, şair Ramiz Dəniz də bütün kitabı yaradanlara təşəkkürlərini bildirdilər.
"Göylər adamı" kitabında M. Paşayevin həyat və yaradıcılığı öz əksini tapıb. Bundan əlavə kitabda Paşayevin şəkilləri də yerləşdirilib.