...

Azərbaycanın voleybol üzrə yığma komandası növbəti qələbəsini qazanıb

Cəmiyyət Materials 2 İyun 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası dünən Rumıniyanın Buzau şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb. Faiq Qarayevin rəhbərlik etdiyi azərbaycanlı voleybolçular Rumıniya yığma komandasını 3:2 hesabı ilə məğlub ediblər.

Azərbaycan yığma komandası əvvəlcə keçirdiyi oyunlarda İspaniyaya 1:3 hesabı ilə uduzaraq, Makedoniya millisini 3:0 hesabı ilə məğlub etmişdi. Avropa çempionatının seçmə mərhələsində cavab oyunları İspaniyada təşkil olunacaq. İyunun 6-dan 7-dək davam edəcək bu oyunlarda Azərbaycan yığması İspaniya, Makedoniya və Rumıniya ilə cavab görüşlərini keçirəcək.

Rumıniyada keçirilən ilk mərhələnin oyunlarından sonra İspaniya, Rumıniya və Azərbaycan voleybolçuları hərəyə beş xal toplayıblar. Makedoniya millisinin aktivində isə üç xal var.

Xəbər lenti

Xəbər lenti