...

Bakı bizim üçün əfsanədir-Polşa rejissoru Kşıştof Zanussi

Cəmiyyət Materials 3 İyun 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Kşıştof Zanussinin adı çox şeylər deyir. Bu haqda bir daha uzun danışmağın mənası yoxdur. Bu əfsanəvi rejissor dünya kinosunun klassiklərindən biridir. O, kinolardan başqa, bir çox opera tamaşalarının da yaradıcısıdır. Hazırda prodüserliklə də məşğul olur. Zanussi "Şərq-Qərb" yubiley festivalının ən parlaq ulduzlarındandır. O, bu festivalla bağlı təssüratlırını TrendLife-la bölüşüb.

-İlk dəfədir ki, Bakıdayam. Və ilk dəfədir ki, "Şərq-Qərb" festivalında iştirak edirəm. Artıq bu festivalın adı bir çox şeylər deyir. Axı, Şərq-Qərb təması həddən artıq maraqlı mövzudur. Bakıya gəldiyim an əmin oldum ki, paytaxtınız necə də gözəldir. Düzünü desəm sizin bu qədər gözəl memarlığınızın olmasını təsəvvür belə edə bilməzdim.

-Azərbaycan kinematoqrafları ilə tanışlığınız varmı?

-Bilirsiniz, mən sizin bir neçə filmlərinizi izləmişəm. Lakin bu haqda konkret nəsə demək istəməzdim. Bu bir az risklidir. Çünki mən əcnəbi olaraq, nəsə fikir söyləyə bilmərəm. Bir tək onu bilirəm ki, sizdə kino çoxdandır. Neçə illərdir ki, cənab Rüstəm İbrahimbəyovla tanışam.

-Yəqin ki, Bakıya gəldiyiniz zaman nəyisə gözləyirdiniz.

-Əvvəla Bakının bu qədər gözəl olduğunu bilmirdim. İkincisi isə festivalın bu qədər canlı keçəcəyini gözləmirdim.

-Məlumdur ki, Siz öz təhsilinizi fizikadan başlamısınız, sonradan fəlsəfəni öyrənmisiniz. Bəlkə bu birləşik təhsilinz sizi gözəl rejissor edib?

-Bu sualın cavabı yoxdur. Sadəcə düşünürəm ki, kinoyla yanaşı, əsas da fizikanı öyrənməyim məni formalaşdırıb. İndi ona görə sevinirəm ki, vaxtında fizikanı öyrənmişəm. Fizikanı sevsəm də, nədənsə o məni heç vaxt sevməyib. Əgər bu elmin üzərində dursaydım, çox güman ki, kristalloqrafiya ilə məşğul olardım.

- Siz etdiyiniz yüksək səviyyəli işlərlə məhşurlaşmısınız. İldə iki film çəkmək sizdə necə alınır?

-Əgər ildə heç olmazsa, bir şey yaratsam, özümü xoşbəxt sayıram.

-Bu qədər ideya sizdə hardandır?

-Mən çox müşahidələr edirəm. Filmlərimin mövzusu çox vaxt rastlaşdığım hadisələr olur.

-Bundan əlavə siz həm də çoxlu səyahət də edirsiniz?

-Mən qocaman səyahətçiyəm. Olduğum ölkələrin hamısında hansısa tarixi hadisəni özümlə gətirirəm.

- Azərbaycandan hansı tarixi hadisəni özünüzlə aparacaqsınız?

-Hələ bilmirəm. Hələlik ikinci gündür ki, sizin qonağınızam (gülür).

-Bir dəfə müsahibələrinizdə demişdiniz ki, siz kinonu əylənmək üçün yox, ciddi tamaşaçılar üçün çəkirsiniz.

-Yox, niyə ki? Arada əyləncə üçündə çəkirəm. Baxır biz nəyi əyləncə adlandırırıq (gülümsəyir).

-Sizin iştirakınızla Azərbaycan-Polşa birgə kinolayihəsi mümkündürmü?

-İstisna edilmir, bundan əlavə bizim xalqlarımızın bir çox oxşar mövqeləri var.

Xəbər lenti

Xəbər lenti