...

Azərbaycanın otüstü hokkey komandasının taleyinə beş gün ərzində aydınlıq gətiriləcək

Cəmiyyət Materials 4 İyun 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə yığma komandasının Bakıda keçirilmiş Olimpiada lisenziyalı turnirdə İspaniya millisi ilə oyununa dair son qərar iyunun 9-na kimi açıqlanacaq. Bu barədə Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev məlumat verib.

Trend -un arayışı: Bu ilin aprel ayında Bakıda təşkil olunmuş Olimpiada lisenziyalı beynəlxalq turnirin final oyununda Azərbaycanın otüstü hokkey yığma komandası İspaniya millisinə məğlub olub. AOHF rəhbərliyi oyunu idarə edən hakimlərin qərəzli mövqe nümayiş etdirdiyini bildirərək, Avropa Otüstü Hokkey Federasiyasına müraciət edib. Məqsəd oyunu idarə etmiş hakimlərin işinə obyektiv qiymət verilməsini təmin etmək və İspaniya millisinin öz gücünə qələbə qazanmadığını sübut etməkdir.

Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının baş məşqçisi Pakistandan olan Tahir Zamandır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti