...

Müğənni Tünzalə Ağayeva yeni mahnı yazdırıb

Cəmiyyət Materials 4 İyun 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Əməkdar artist Tünzalə Ağayeva yeni mahnı yazdırıb. Bu haqda TrendLife-a müğənni özü xəbər verib. Kompazisiya "Bax" adlanır. "Yeni mahnım xüsusi olaraq yay fəsli üçün yazılıb",-deyə müğənni bildirib. Mahnın musiqisi müğənnin özünə, sözləri isə İsmayıl Dadaşova aiddir.

Sabahdan etibarən "Bax" mahnısı Azərbaycanın bütün radio dalğalarında səslənəcək.

Xəbər lenti

Xəbər lenti