...

Azərbaycanın çempion klubunun müdafiə və hücum xəttinə yeni oyunçular dəvət olunacaq - prezident

Cəmiyyət Materials 5 İyun 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının çempionu olmuş "İnter" klubu baş məşqçi Valentin Xodukinin rəhbərliyi altında azı bir il də çıxış edəcək. "Ukraynalı baş məşqçi ilə yeni müqavilə bağladıq. O, azı bir il "İnter"in baş məşqçisi vəzifəsində fəaliyyət göstərəcək", cümə axşamı Trend -a "İnter" klubunun Bolqarıstandan olan prezidenti Georgi Nikolov deyib.

Trend -un arayışı: "İnter" Azərbaycan Premyer-Liqasının çempionu adını sonuncu turda "Qəbələ" klubunu 4:0 hesabı ilə məğlub etməklə qazanıb. Xodukin Azərbaycan futbolu tarixinə çempion olmuş ilk əcnəbi məşqçi kimi düşüb. Ona kimi Azərbaycanda fəaliyyət göstərən əcnəbi futbol mütəxəssislərindən heç biri titul əldə edə bilməyib.

Klub prezidenti bildirib ki, "İnter"in Çempionlar Liqasındakı rəqibi kimi Lixtenşteynin "Vadust" komandasını görmək istəyir. "Çempionlar Liqasında daha çox Lixtenşteynin "Vadust" klubu ilə qarşılaşmaq istərdik" - deyə Nikolov əlavə edib.

"İnter"in Çempionlar Liqasındakı potensial rəqibləri arasında "Dinamo" (Xorvatiya), "Höteborq" (İsveç), "Şerif" (Moldova), "Dinamo" (Gürcüstan) və "Tampere Yunayted" (Finlandiya) kimi komandalar var. UEFA-nın reqlamentinə görə, Lixtenşteyn klubları Çempionlar Liqasında yox, UEFA kubokunda mübarizə aparmaq hüququna malikdirlər.

Nikolov deyib ki, "İnter"in Avropada və Azərbaycan Premyer-Liqasında uğurlu mübarizə aparması üçün müdafiə və hücum xəttinə yeni oyunçular dəvət olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti