...

AFFA mükafat fondu təsis edib

Cəmiyyət Materials 11 İyun 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın həvəskar komandalar arasında çimərlik futbolu üzrə ilk ölkə çempionatı start götürüb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) birlikdə təşkil etdiyi turnirdə 58 komanda iştirak edir.

Turnir iyunun 10-19-da keçiriləcək.

Yarışlar Olimpiya sistemi ilə həyata keçiriləcək. 1/32 final mərhələsi 11-13 iyun, 1/16 final mərhələsinin oyunları 14-15 iyun, 1/8 final mərhələsnin oyunları 16 iyun, 1/4 final mərhələsinin oyunları isə 17 iyun tarixlərində keçiriləcək.

Həlledici oyunlar iyunun 18 - 19 - də baş tutacaq.

Turnirə marağı artırmaq, bu idman növünün kütləviləşməsinə təkan vermək, təbliğini gücləndirmək və iştirakçıları həvəsləndirmək məqsədilə, AFFA tərəfindən çimərlik futbolu üzrə ölkə çempionatının qalibləri üçün mükafat fondu təsis edilib. Ölkə çempionatının qalibi 10 000 manat qazanacaq.

2-ci yeri tutan komanda 5 000 manat, 3-cü pillənin sahibi isə 3 000 manat məbləğində pul mükafatı alacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti