...

Azərbaycanın kitabları MDB ölkələri arasında ən yaxşısı hesab edilib

Cəmiyyət Materials 12 İyun 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

İyunun 5-dən 6-na qədər Moskvada MDB-nin İcra Komitəsinin xətti ilə kitab üzrə V Beynəlxalq kitablar müsabiqəsi keçirilib. Mədəniyyət və turizm nazirliyinin mətbuat-katibi Zöhrə Əliyevanın TrendLife-a verdiyi xəbərə görə, münsiflər heyyətinin qərarı ilə yeddi nominasiya arasında iki Azərbaycan kitabları ən yaxşısı seçilib. "Heydər Əliyev: "Rusiya həyatımın bir hissəsidir" fotoalbomu birinci yerə, "Əməkdaşlıq" nominasiyasına layiq görülüb. Bu Heydər Əliyev Fondu və İTAR-TASS-ın birgə layihəsidir. "Mənim vətənim" kateqoriyasında isə "Şəki xan Sarayı" kitabı qalib olub. 40,5 balla isə "Faiq Natavan. Alim" kitabı ikinci yeri tutub. Kitab həmçinin "Milli mədəniyyətin gözəl təbliğatına görə" adlı xüsusi diploma layiq görülüb.

Bundan əlavə Çingiz Qacarın "Köhnə Bakı", Elçinin "Pyeslər"kitabı diplomlarla mükafatlanıdırılıb. Tədbirdə Azərbaycanı Mədəniyyət və turizm nazirliyinin poliqrafiya şöbəsinin müdir müavini Çingiz Əlioğlu təmsil edib. Xüsusi mükafatlandırma isə sentyabrın 6-da Moskvanın beynəlxalq kitab yarmarka satışında olacaq.

Xəbər lenti

Xəbər lenti