Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanda atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında ölkə çempionatı keçiriləcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
İyunun 14-də startı veriləcək yarış Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Azərbaycan çempionatında 1989-90,1993-94-cü il təvəllüdlü oğlanlvə qızlar mübarizə aparacaqlar.
Atletika üzrə Azərbaycan çempionatı iki gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]