...

Azərbaycanın futbol üzrə yığma komandası beynəlxalq turnirə heç-heçə etməklə başlayıb

Cəmiyyət Materials 18 İyun 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Moldovada keçirilən beynəlxalq turnirdə dünən Belarus millisi ilə oyundan 0:0 hesablı nəticə ilə ayrılıb. Bu, Azərbaycan komandasının turnirdə keçirdiyi ilk görüş olub.

17 yaşlılardan ibarət yığma komanda bu gün növbəti oyununu Moldova millisinə qarşı keçirəcək. Oyun saat 20.00-da Moldovanın Ternovka şəhərindəki "Tiliqul" stadionunda başlayacaq. Matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti