...

"Yuli Qusman "Eurovision- 2009 yarışmasında Sevda Yəhyayeva namizədliyini irəli sürsün söylədi"- Sevda Yəhyayeva

Cəmiyyət Materials 18 İyun 2008 12:02 (UTC +04:00)

Gənc müğənni Sevda Yəhyayeva səfərdən dönüb

Azərbaycan, Bakı, 18 iyun /müx.TrendLife Şahin Cavadsoy/

İyunun 12-də Rusiya paytaxtı Moskvada "İTAR TASS" agentliyinin təşkilatçılığı ilə X (vsemirni konqress Russkiy pressa) konqresi keçirilib. 46 ya qədər ölkənin media kapitanlarının qatıldığı konqresdə Azərbaycanda fəaliyyət göstərən KİV rəhbərləri də iştirak edib. Tədbirdən sonra konqresə qatılan ölkələri təmsil edən incəsənət xadimləri- müğənnilərin çıxışları olub. Vətənimizi təmsil etmək gənc müğənni Sevda Yəhyayevanın payına düşüb. Sevda səfər təəssüratlarını TrendLife-la bölüşdü:

- Həqiqətən çox qürurverici missiyanı üzərimə götürmüşdüm. Sevilən dünya ulduzları ilə eyni səhnədə çıxış etmək məncə hər sənətçiyə nəsib olmur. Fürsətdən istifadə edib Mədəniyyət və Turizm o cümlədən İdman və Gənclər Nazirliklərinə öz təşkkürlərimi bildirirəm. 21 yaşım olmasına baxmayaraq, Layma Vaykule kimi sənətkarla eyni səhnəni bölüşdüm. Bu mənə görə çox böyük uğurdur. Hətta Yuli Qusman da mənim ünvanıma fikir söyləyib bildirdi ki, qoy Azərbaycanı gələn keçiriləcək "Evrovision-2009" yarışmasında mənim də namizədliyimi irəli sürsün.

- Təşkil olunan konsertdə hansı mahnıları ifa etdin?

- "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı, Cəlal Qurbanovun sözlərinə yazdığı "Barışaq" mahnısı elə bu tədbirə həsr olunmuşdu. Bir də dillər əzbərinə çevrilmiş "O zaman" mahnısını ifa etdim. İnanın mahnıların sözlərini bəzi qonaqların başa düşməməsinə baxmayaraq, məni çox gözəl qarşıladılar. Onu da deyim ki, həmin tədbirdən sonra bir neçə xarici ölkələrdə konsert proqramı ilə çıxış etməkdən ötrü dəvətlər almışam. Payız aylarında təsadüf edəcək konsertlər - İtaliya, İrlandiya və Fransada baş tutacaq. Bunlarla yanaşı sentyabrın 4-də Rusiyanın kurort şəhəri Soçidə təşkil olunacaq konsert proqramına qatılacağam.

- Sevda Yəhyayeva imzası eşidiləndə yaddaşlarda mütləq "Yeni Ulduz-2" müsabiqəsinin üçüncüsü olan iştirakçısı təzələnir. Dinləyicilərə isə səni sevdirən "O zaman" bəstəsi oldu. Amma nədənsə bu hitdən sonra yeni bir mahnını ortalığa çıxarmırsan.

- Düzdür, sözləri Leyliyə, musiqisi Pərvizə məxsus olan "O zaman" bəstəsi mənə çox uğur gətirdi. Bundan sonra "Barışaq" mahnım radio dalğalarında səslənir. Lakin 10 mahnım lentə alınıb. Yəqin ki, vaxtı çatanda pərəstişkarlarım hər birinə ayrı-ayrılıqda qulaq asa biləcəklər. Sevilən bəstəkar İsa Məlikovun "Yuxu" mahnısını da ifa etmişəm. Çox güman ki, payız aylarında bu bəstəni ekranlaşdıracağıq.

Xəbər lenti

Xəbər lenti