...

Azərbaycanın polis bölmələrində vətəndaşlara işgəncə verilməsi faktları yoxdur-nazir müavini

Cəmiyyət Materials 18 İyun 2008 15:33 (UTC +04:00)
Azərbaycanın polis bölmələrində vətəndaşlara işgəncə verilməsi faktları yoxdur-nazir müavini

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Daxili İşlər Nazirliyi polis bölmələrində və müvəqqəti saxlama təcridxanalarında vətəndaşlara işgəncə verilməsini təkzib edir. "Azərbaycanda polisin vətəndaşlara işgəncə verilməsi faktları yoxdur", - deyə çərşənbə günü jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda polisin vətəndaşlara işgəncə verdiyi göstərilib. Yerli hüquq- müdafiə təşkilatları da polis bölmələrində vətəndaşlara işgəncə verildiyini bildirirlər.

Zalov hesab edir ki, polis bölmələrində vətəndaşalara işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatların hesabatları obyektiv deyil.

Nazir müavini bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan ayrıca sturukturun yaradılmasına da ehtiyac yoxdur: "Azərbaycanın Ombudsmanı var və insan hüquqlarının qorunması ilə Ombudsman məşğul olur".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti