...

Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün prezident yanında komissiya yaradıla bilər

Cəmiyyət Materials 18 İyun 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün prezident İlham Əliyevin yanında komissiya yaradıla bilər. "Əgər "Təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün prezident İlham Əliyevin yanında komissiyanın yaradılması təklifi ölkənin təhsil ictimaiyyətini qane edirsə və aktualdırsa bu təklifə baxıla bilər", - deyə Trend -a açıqlamasında Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan parlamentində hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat hesab edirlər ki, ölkənin təhsil haqqında yeni qanun layihəsinin hazırlanması üçün prezident İlham Əliyevin yanında xüsusi komissiya yaradılmalıdır. "Əgər "Təhsil haqqında" qanun layihəsi prezident İlham Əliyev tərəfindən parlamentə göndərilməsə, bu Qanunu qəbul etmək mümkün olmayacaq. Cünki təhsil haqqında yeni qanun layihəsini hazırlayan şəxslər öz maraqlarını güdürlər və xalqın maraqlarına cavab verən layihə hazırlamaq mümkün olmur", - deyə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Azərbaycanda hazırda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-cü ildə qəbul olunub və 1995-ci ildə Təhsil haqqında yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin parlament, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ali təhsil müəssisələri, Maliyyə və Vergilər nazirlikləri arasında olan fikir ayrılıqına görə, qanun layihəsini qəbul etmək mümkün olmayıb. 2007-ci il dekabrın sonunda Təhsil haqqında yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib. Qanun layihəsinin qəbul edilməsi parlamentin yaz sessiyasının gündəliyinə daxil edilib. Sessiya başa çatsa da, qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti