...

Azərbaycanın Mətbuat Şurası nüfuzlu bir quruma çevrilməyib – Prezidentin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 20 İyun 2008 10:59 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası nüfuzlu bir quruma çevrilməyib – Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə mətbuatın şəffaf problemi var. "Bunlardan biri mətbuatın bazar iqtisadiyyatı tələblərinə çətin uyğunlaşması, özünün iqtisadi problemlərini çətinliklə həll etməsi, reklam bazarının zəifliyi nəticəsində mətbuatın müstəqilliyinin zəif olmasıdır. İkincisi isə jurnalist peşəkarlığının hələ də lazımi səviyyədə olmamasıdır". Bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov deyib.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.

Həsənov bildirib ki, Mətbuat Şurası yarandıqdan sonra bu qurum hökumət-mətbuat, cəmiyyət-mətbuat münasibətlərinin liberallaşmasına təsir göstərməlidir. "Lakin Mətbuat Şurasının fəaliyyəti arzu olunan səviyyədə qurulmayıb. Mətbuat Şurası ötən dövrdə formalaşıb, daha çox KİV-i fəaliyyət dairəsinə sala bilib. Lakin təəssüflər olsun ki, hələ də Mətbuat Şurası Azərbaycan jurnalistlərinin nüfuzlu bir qurumuna çevrilməyib. Bəzi mətbuat orqanları hələ də Mətbuat Şurasının tövsiyələrini, məsləhətlərini qulaqardına vurur və cəmiyyət həyatında öz bildiklərini davam etdirməyə çalışırlar. Bu da Mətbuat Şurasının nüfuzuna təsir göstərməyə bilməz", - deyə Həsənov vurğulayıb

Xəbər lenti

Xəbər lenti