...

Azərbaycanın "Neftçi" klubunun rəhbərliyi Branimir Subaşiçi məsuliyyətsizlikdə günahlandırıb

Cəmiyyət Materials 20 İyun 2008 13:40 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunun rəhbərliyi Branimir Subaşiçi məsuliyyətsizlikdə günahlandırıb

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun rəhbərliyi keçmiş hücumçuları Branimir Subaşiçin "İnter" komandasına keçidindən narazı qalıb. "Subaşiçə Azərbaycanda ən yaxşı təklifi biz etmişdik. Amma o, gözlənilmədən "İnter" klubu ilə müqavilə bağladı. Subaşiçin hərəkəti uşaq hərəkətidir", cümə günü Trend -un UEFA-İntertoto kubokunun "Neftçi" - "Nitra" oyununa həsr olunmuş mətbuat konfransında "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Trend -un arayışı: Serbiyadan olan Branimir Subaşiç üç gün əvvəl gözlənilmədən "Neftçi"ni tərk edərək Bakının "İnter" klubu ilə müqavilə bağlayıb. Azərbaycanın yığma komandasında da çıxış edən futbolçunun bu addımından sonra UEFA-İntertoto kubokunda mübarizə aparan "Neftçi" klubu çətin vəziyyətdə qalmalı olub.

Mətbuat konfransında iştirak edən "Neftçi"nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko bildirib ki, komandada həm Subaşiçə, həm də digər futbolçulara çox yaxşı münasibət göstərilib. "Heç bir futbolçu "Neftçi"dən narazılıqla ayrılmayıb. Mən bütün futbolçulara özlərini göstərmək üçün şans vermişdim. Subaşiç çox pis hərəkət edib. Komandamız belə məsul yarışda oynadığı vaxtda o,J bizi pis vəziyyətdə qoydu. Onun etdiyini heç kim etməzdi", - deyə baş məşqçi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti