...

Azərbaycanın futbol klubunun UEFA-İntertoto kubokunda taleyini polşalı hakimlər həll edəcəklər

Cəmiyyət Materials 20 İyun 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA-İntertoto kubokunda təmsil edəcək "Neftçi" futbol klubunun turnirdəki ilk oyununu Polşadan olan hakimlər briqadası idarə edəcəklər. Bu barədə cümə günü Trend -a "Neftçi"nin mətbuat xidməti məlumat verib.

"Neftçi" turnirdə ilk oyununu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiyanın "Nitra" komandasına qarşı keçirəcək. Saat 21.00-da başlayacaq oyunun baş hakimi Marçin Borski olacaq. Ona həmyerliləri Rafal Rostovski ilə Pavel Sokolniçki kömək edəcəklər. Qarşılaşmanın ehtiyat hakimi azərbaycanlı referi Anar Niyazov olacaq. Hakim-inspektor Şimali İrlandiyadan olan Alan Snoddi, UEFA nümayəndəsi isə albaniyalı Bujar Kasmidir.

"Neftçi" klubu Azərbaycanı UEFA-İntertoto kubokunda təmsil edən sonuncu komanda olacaq. Növbəti ildən etibarən UEFA bu yarışın keçirilməməsini qərara alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti