...

Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 20 İyun 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın yeniyetmələrdən ibarət Yunan-Roma güləşi üzrə yığma komandası Latviyanın Dauqavpils şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu barədə Trend -a cümə günü Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Dünya çempionatı iyunun 24-də başlayacaq və altı gün davam edəcək. Azərbaycan yığma komandasının üzvləri doqquz çəki dərəcəsində mübarizə aparacaqlar.

Yunan-Roma güləşi üzrə yığma komanda Latviyaya baş məşqçi Arif Əliyevin rəhbərliyi altında gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti