...

Türkiyə yığmasının xorvatlar üzərindəki qələbəsi Bakıda geniş qeyd olundu

Cəmiyyət Materials 21 İyun 2008 05:13 (UTC +04:00)
Türkiyə yığmasının xorvatlar üzərindəki qələbəsi Bakıda geniş qeyd olundu

Azərbaycan, Bakı, 21 iyun / Trend / Türkiyə yığmasının Euro-2008-in 1/4 finalında xorvatlar üzərində tarixi qələbəsindən sonra dünyanın bir çox şəhərlərində olduğu kimi futbol fanatları bu olayı Bakıda qeyd etməyi qərara aldılar. Gözləndiyi kimi matç bitən kimi yüzlərlə futbol azarkeşi paytaxt küçələrinə çıxdılar.

Gecə vaxtına baxmayaraq fanatlar Türkiyə yığmasının qələbəsini geniş qeyd etməyi özlərinə rəva bildilər. Ölkəmizdə yaşayan Türkiyə vətəndaşları yerli azarkeşlərlə birgə paytaxtın mərkəzi küçələrində sevimli komandanın qələbəsini bayram etdilər.

Türk bayraqların çoxluğundan Azərbaycan paytaxtı Ankara yaxud da İstanbulu xatırladırdı. Avtomobillərlə şəhərin küçələrini dolaşan fanatlar yuxuda olan sakinlərin qeydinə qalmadan öz emosiyalarını səs-küylü şəkildə biruzə verirdilər. Bir sözlə, hədsiz sevinc içində olan azarkeşlər Türkiyə yığmasının xorvatlar üzərindəki qələbəsini geniş qeyd etdilər.

Güman ki, türk futbolçularının qələbəsinin qeyd edilməsi günorta vaxtında da davam edəcək.

Xəbər lenti

Xəbər lenti