...

Türkiyənin futbol üzrə yığma komandası xorvatları şoka salıb – baş məşqçi

Cəmiyyət Materials 21 İyun 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir R.Ergün/ Avstriyada və İsveçrədə keçirilən futbol üzrə Avropa çempionatında Almaniya - Türkiyə oyunu nəhənglərin qarşılaşması olacaq. "Bu oyun iki nəhəng komandanın görüşü olacaq. Xorvatiya yığma komandası ilə oyunda son anadək mübarizə apardıq və qələbə qazandıq. Bu qələbə ilə sübut etdik ki, oyunun hakimi final fitini səsləndirənə kimi mübarizəni dayandırmaq olmaz",- Avropa çempionatının 1/4 final mərhələsində, Xorvatiya ilə oyunda penalti zərbələrini dəqiq yerinə yetirməklə qələbə qazanan Türkiyə yığma komandasının baş məşqçisi Fatih Terim deyib.

Xorvatiya yığma komandasının baş məşqçisi Slaven Biliç isə, oyundan sonra keçirilən mətbuat konfransında Türkiyə komandasına məğlubiyyəti heç vaxt unutmayacağını bildirib. "Türkiyə komandasından daha güclü olan rəqibləri məğlub etdik. Son saniyələrdə buraxdığımız qol bizi şoka saldı. Bu oyunda uduzan tərəf biz olmamalı idik", - deyə Biliç əlavə edib.

Tarixində ilk dəfə Avropa çempionatının yarımfinal oyununa vəsiqə qazanan Türkiyə yığma komandası Almaniya futbolçuları ilə qarşılaşacaq. Bu oyun iyunun 25 - də İsveçrənin Bazel şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti