...

Azərbaycanda hava şəraiti sabitləşəcək

Cəmiyyət Materials 23 İyun 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda iyunun 25-dək davam edəcək qısamüddətli yağıntılarla müşahidə olunan qeyri-sabit hava şəraitinin gündüzdən etibarən sabitləşəcəyi, həftənin ikinci yarısından etibarən (iyunun 26-29-dək) temperaturun 4-5 dərəcə yüksələcəyi, Bakıda gündüz 32-35 dərəcə isti olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin bazar ertəsi yaydığı məlumatında bildirilib.

Məlumata əsasən, iyunun 24-də havanın temperaturu Bakıda gündüz 22-26 dərəcə, aran rayonlarında 25-30 dərəcə, dağlarda 14-19 dərəcə isti olacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti