...

Azərbaycanın və Türkiyənin Boks Federasiyaları turnir keçiriblər

Cəmiyyət Materials 23 İyun 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın Boks Federasiyası (ABF) Türkiyənin Kayseri şəhərinin rəhbərliyi ilə birlikdə yeniyetmələr arasında boks turniri təşkil edib. Bu barədə bazar ertəsi Türkiyə mətbuatı məlumat verib.

Turnirin təşkilatçılarından olan türkiyəli Rəcəb Özkan bildirib ki, Azərbaycan və Türkiyənin yeniyetmə boksçularının yarışda iştirakı çox yaxşı haldır. "Bu cür turnirin Kayseridə təşkil olunmasına görə, Azərbaycanın və Türkiyənin Boks Federasiyalarına təşəkkürümü bildirmək istəyirəm", - deyə Özkan əlavə edib.

Kayseridə təşkil olunan yeniyetmələr arasındakı boks turnirində yalnız iki ölkənin idmançıları iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti