...

Balerina Anastasiya Voloçkova Bakıya gəldi

Cəmiyyət Materials 24 İyun 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /TrendLife müx. Nigar Musayeva/

Bu gün səhər saatlarında Bakıya dünya şöhrətli balerina Anastasiya Voloçkova qonaq gəlib. TrendLife-ın verdiyi xəbərə görə, o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Jizel" baletində "Adana" rolunu ifa edəcək. Tamaşa 24 iyun tarixində tamaşaçılara təqdim olunacaq. Hələlik isə sizin nəzərinizə Anastasiya xanımla apardığımız müsahibəni təqdim edirik.

- Anastasiya xanım sizi Azərbaycanda növbəti dəfə görməyimizdən çox məmnunuq. Bu artıq sizin Bakıya ikinci gəlişinizdir. Şəhərimizlə bağlı hər hansı bir xatirələriniz varmı?

-Bəli, ilk dəfə Bakıda 2000-ci ilin mayında olmuşam. Yaddaşımda şəhərinizlə bağlı gözəl xatirələr qalıb. Ən çox yadımda qalan sizin bazarınız olub. Orada insanlar məni görən kimi bütün meyvələrdən daddırmağa çalışırdılar. Məni burada çox isti qarşılamışdılar.

-Bəs Azərbaycan teatrının bu günkü vəziyyəti - daha dəqiqi Akademik Opera və Balet Teatrının bugünkü vəziyyəti haqda nə deyə bilərsiniz ?

-O vaxtlar teatrın binası mənə çox köhnə görünürdü. Hətta səhnə belə əyri-üyrü idi. Bir sözlə dəhşət idi. Ümid edirəm ki, bu səkkiz ildə çox şeylər dəyişib. Bu dəfə heç bir problemlə qarışlaşmayacağımıza əminəm. Lakin bir arzum var, o da ötən çıxışımda olduğu kimi yenə pərəstişkarlarımın konsert salonuna axın etməsidir. Tamaşaçı alqışlarına çox ehtiyacım var.

-Söylədiniz ki, o vaxtlar teatrımızın binası xoşunuza gəlməmişdi, bəs teatr truppası haqda nə deyə bilərsiniz?

-Teatr truppası məni heyran etdi. Ən çox yadımda qalan isə "Qu gölü" balet-tamaşası idi. Azərbaycanlı həmkarlarım öz ifaları ilə məni valeh etdilər. Mən də bu tamaşada rol almışdım. Etiraf edirəm ki, həmin tamaşanı sona qədər öyrənməmişdik. Tamaşada həmkarımdan asılmışdım. Gözləyirdim ki, nə vaxt o, bu vəziyyətdən çıxa biləcək. Yerli aktoyrlarda bizə çox kömək etdilər. Nə etmək lazım olduğunu pıçıldadılar.

-Bakıya ikinci dəfə gəlməyə o dəqiqə razılıq verdiniz?

-Bu təklif mənə artıq bir neçə dəfə idi ki, edilirdi. Sadəcə, boş vaxtımız olmadığından təklifləri dəyərləndirə bilmirdik. Ümidvaram ki, yerli tamaşaçılarla bu görüşümüz də uğurlu keçəcək.

Anastasiya Voloçkova Bakıda bir neçə gün qalacaq. Günorta məşq, axşam tamaşa, səhər tezdən isə İsrailə qastrol səfərinə yola düşəcək.

"Hətta çox sevdiyim Xəzər dənizinə belə baş vurmayıb Bakını tərk edəcəyəm", -balerina xanım müsahibəsi bu sözlərlə yekunlaşırdı.

Xəbər lenti

Xəbər lenti