...

Azərbaycanın "Bakı" futbol klubu Xorvatiyadan olan futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 24 İyun 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Xorvatiyanın "İnter" komandasının keçmiş oyunçusu Marko Şarliya ilə ikiillik müqavilə bağlayıb. Bu barədə çərşənbə axşamı Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

Xorvatiyadan olan qapıçı "Bakı"nın düşərgəsinə bir neçə gün əvvəl gəlsə də, onunla bu gün müqavilə imzalanıb. 28 yaşlı Şarliya "Bakı"nın əsas qapıçısı olmaq uğrunda seneqallı futbolçu Xalidu Sissoko ilə rəqabət aparmalı olacaq.

Mətbuat xidmətinin verdiyi məlumata görə, "Bakı" klubu Makedoniyadan olan baş məşqçisi Qyoko Hacievski ilə də yeni - birillik müqavilə bağlayıb.

Azərbaycan çempionatının sonuncu mövsümündə uğursuz çıxış edən "Bakı" baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərən Çudomir Çakarovu Makedoniyadan olan Borçe Xristovla əvəzləyib. 38 yaşlı Xristov "Bakı"da hazırlıq üzrə məşqçi vəzifəsində fəaliyyət göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti