...

"İçəri Şəhərin müdafiə istehkamları hərbi-vətənpərvərlik simvoludur" mövzusunda elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 25 İyun 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /müx.TrendLife Şahin Cavadsoy/

Muğam Teatrında "İçəri Şəhərin müdafiə istehkamları hərbi-vətənpərvərlik simvoludur" mövzusunda elmi praktiki konfrans keçirilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Azərbaycanın Silahlı Qüvvələrinin 90 illik yubileyinə həsr olunmuş konfransı giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin rəisi, professor Kamran İmanov açıb. İçərişəhəri, Azərbaycan xalqının tarixi abidəsi hesab edən K.İmanov, bu tikili haqda ətraflı məlumat verib: "Bakı özünün tarixi-memarlıq abidələri və müdafiə istehkamları (qalaları) ilə Azərbaycan şəhərləri arasında mühüm yer tutur. Şirvanşah III Mənüçöhrün XII əsrin birinci yarısında Bakı şəhərinin qala divarlarının çəkdirməsi, bu gün İçəri Şəhərin tarixi memarlıq qoruğuna çevrilməsində böyük rol oynayıb. İndi bizim əsas vəzifəmiz İçəri Şəhərin əvvəlki görkəmini qorunub-saxlanılmasına çalışmaq olmalıdır". Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məşədixanım Nemət, tarix elmləri doktoru Kamal Əliyev və başqaları tədbirin əhəmiyyətindən danışıb, İçəri Şəhərdə olan tarixi tikililərin dəyərini bilməyi iştirakçıların diqqətinə çatdırdılar.

İçəri Şəhərin ərazisində 12 tərəfdən qala divarları ilə əhatə olunub. "Səbayıl qalası", "Qoşa-Qala qapıları", "Cənub Qapısı" və başqaları.

Tədbirdə həmçinin "İçəri Şəhərin Müdafiə İstehkamları" adlı yenicə çapdan çıxmış almanaxtın da təqdimatı keçirildi. 32 səhifədən ibarət olan almanaxda İçəri Şəhər barəsində ətraflı məlumatlar yer alıb. Maraqlı şəkillərlə zəngin olan almanax, tədbir iştirakçıları tərəfdən maraqla qarşılandı.

Elmi-praktiki konfransdan sonra, "Heydən Əliyev və İçəri Şəhər" adlı videoçarxın və "İçəri Şəhərin arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş qədim silahlar" adlı sərginin nümayişi baş tutdu.

Sonda konfrans iştirakçıları 26 iyunda "Azadlıq" meydanında keçiriləcək hərbi paradın əhəmiyyətini də yüksək qiymətləndirdilər. Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi Fərhad Vahabov çıxışı zamanı bildirdi ki, hərbi paraddan sonra sübuta yetiriləcək ki, Azərbaycanın hərbi texnikaçı kifayət qədərdir və ordumuz çox güclüdür. Elmi - praktik konfrans digər iştiraksıların məruzələri ilə sona çatdı.

Xəbər lenti

Xəbər lenti