...

Moskva Dövlət Universitetinin Bakı filialı 2008/2009-cu tədris ili üçün tələbə qəbulu elan edib

Cəmiyyət Materials 27 İyun 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir C. Babayeva / Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2008/2009-cu tədris ili üçün filologiya (25 yer), tətbiqi riyaziyyat (25 yer), kimya (25 yer) ixtisasları üzrə tələbə qəbulu elan edib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatında bildirilib.

Trend -un arayışı: Azərbaycan prezidenti yanvarın 15-də Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə sərəncam imzalayıb. Filial 2008-2009-cu tədris ilində fəaliyyət göstərməyə başlayacaq. Filialın tədris fəaliyyəti MDU-nun tədris planı və proqramına əsaslanır. Tədris əsasən MDU-nun professor-müəllim heyəti tərəfindən aparılacaq, filialın məzunlarına MDU diplomu veriləcək.

Ötən həftə TQDK sədri Məleykə Abbaszadənin bildirdiyinə görə, Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmaq üçün keçid balı Azərbaycanın ali məktəblərinin keçid balından (250-300) yüksək olacaq.

Məlumata əsasən, MDU-ya qəbul imtahanında yalnız TQDK tərəfindən keçirilmiş test imtahanlarında 400-dən yüksək bal toplamış abituriyentlər iştirak edə bilər. Filologiya fakültəsində təhsil almaq istəyənlər şifahi və yazılı, riyaziyyat və kimya fakültəsinə sənəd verənlər isə yalnız yazılı müsabiqədən keçəcəklər.

Qəbul imtahanına Azərbaycan sektorunu bitirmiş rus dili üzrə "əla" qiyməti almış və 400-dən çox bal toplamış abituriyentlər də buraxılır.

MDU-nun Bakı filialına qəbul olmaq arzusunda olanlar attestat, 6 ədəd fotoşəkil (3x4), toplanmış ball haqqında TQDK-nın ərizəsi, şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Azərbaycan vətəndaşları üçün təhsil forması ödənişsizdir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti