...

Azərbaycanlı voleybolçunun çıxış etdiyi klubun baş məşqçisi dəyişib

Cəmiyyət Materials 27 İyun 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçu Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Telekom" klubunun baş məşqçisi vəzifəsində dəyişiklik olunub. Bu barədə cümə günü Türkiyə mətbuatı xəbər verib.

"Telekom" voleybol klubunun rəhbərliyi Üzeyir Özdurakı baş məşqçi vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə Hüseyn Doğanyüzü gətirib. Klub rəhbərliyi bu addımı atmaqla, "Telekom"un həm voleybol üzrə Avropa Çempionlar Liqasında, həm də Türkiyədə uğurlu çıxış etməsinə çalışıb.

Məmmədova "Telekom"a bir neçə gün əvvəl İsveçrənin "Volero" klubundan transfer olunub. Təcrübəli voleybolçu əvvəllər Azərbaycanın "Azərreyl" klubunda və yığma komandada çıxış edib.

Xəbər lenti

Xəbər lenti