...

Azərbaycanın "Neftçi" klubunun Belçika komandasına uduzması faciə kimi qəbul olunmayacaq – klubun vitse-prezidenti

Cəmiyyət Materials 30 İyun 2008 13:16 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunun Belçika komandasına uduzması faciə kimi qəbul olunmayacaq – klubun vitse-prezidenti

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu UEFA-İntertoto kubokunda ikinci mərhələni keçə bilməsə, bu faciə kimi qəbul olunmayacaq. "Komandamızın birinci mərhələnin cavab oyununda uduzması heyətdə zədəli futbolçuların çox olması ilə bağlıdır. Amma əsas mərhələ adlamaqdır ki, "Neftçi" iki oyunun nəticəsinə görə bunu bacarıb. İkinci mərhələdə Belçikanın "Jerminal" klubunu keçə bilməsək, bunu faciə kimi qəbul etməyəcəyik", bazar ertəsi Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Trend -un arayışı: UEFA-İntertoto kubokunda çıxış edən "Neftçi" birinci mərhələnin ilk oyununda Bakıda 2:0 hesabı ilə məğlub etdiyi Slovakiyanın "Nitra" komandasına cavab görüşündə 1:3 hesabı ilə uduzub. Lakin səfərdə vurulan bir qol "Neftçi"nin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edib. Bakı klubu ikinci mərhələdə daha güclü olan Belçikanın "Jerminal" komandası ilə qarşılaşacaq. İlk oyun beş gündən sonra Belçikada keçiriləcək.

Quluzadə bildirib ki, "Neftçi"nin məşqçilər heyəti "Jerminal" klubunun oyun üslubu və hansı gücdə olmasına dair müəyyən məlumatlar əldə edə biliblər. "Rəqibimiz haqqında elə də çox şey bildiyimizi deyə bilmərəm. Amma "Jerminal"ı az-çox tanıyırıq. "Neftçi"nin ilk oyunu Belçikada keçirməsi bizim üstünlüyümüz sayıla bilər. Artıq cavab görüşündə rəqibi daha yaxşı tanımaq imkanımız olacaq ki, bu da qələbə qazanmağımıza kömək edəcək", - deyə vitse-prezident əlavə edib.

Quluzadə "Neftçi"də vitse-prezident vəzifəsinə bir müddət əvvəl təyin olunub. Ondan əvvəl bu vəzifədə hazırda Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayev fəaliyyət göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti