...

"Bakinskiy ekspromt" komandası yarımfinala çıxıb

Cəmiyyət Materials 30 İyun 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Bakinskiy ekspromt" ŞHK-u komandası iyunun 27-i və 28-də Kalininqradda keçirilən "Zapad Rossiya" Beynəlxalq ŞHK-u İttifaqının dörddə bir finalında 10 komanda arasında ikinci yerə çıxıb. TrendLife-ın verdiyi məlumata görə, komanda 16,2 xalla ikinci yerə sahib olub. "Hesab edirəm ki, biz çox gözəl çıxış etdik. Biz güclü şəkildə tamaşaçıları salamladıq, hər kəsi heyrətə saldıq. Hətta dörddə bir finalda aparıcı qeyd etdi ki, bu gün oyun bir maraqsız keçir, çünki bakılılar iştirak etmir",-deyən komandanın kapitanı Mürsəl Mahmudov TrendLife-a söyləyib.

Kalininqrada "Bakinskiy ekspromt"dan komandanın müəllifi Həsən Əliyevin başçılığı ilə səkkiz nəfər yola düşüb. Maraqlısı isə odur ki, uşaqlar elə oradaca ekspromtla çıxış ediblər. Ssenari hazır olsa da ŞHK-nun uşaqları onu sona qədər öyrənməmişdilər. "Liqanın redaktorları bizim "Ev tapşırığımızı" kəsmişdilər. Buna görə də biz təklif etdi ki, çempionatda qonaq kimi iştirak edək. Redaktorlar da razılaşdılar. Çempionat təşkil olundu və redaktorlar birdən-birə bizə nəsə fikirləşməyi təklif etdi. "Siz çox gözəl salamlaşdınız. Bəlkə nəsə ev tapşırığı fikirləşəsiniz? Yoxsa, çox heyfislənərik",-onlar bizə dedilər. Bir saat oturduqdan sonra nəsə fikirləşə bildik. Məşq etməmiş səhnəyə çıxdıq",-M. Mahmudov sonda vurğulayıb.

Yarımfinalda bizim komandadan başqa "Nevskiy prospekt", "E2E4", "Kontrolnıy vıstrel", "Vesna", "Sbornaya Lüksemburqa" və başqaları çıxıb.

Yarımfinallar sentaybr ayının ortasında keçiriləcək. Qalib gələcək halda "Bakinskiy ekspromt" ŞHK-nun "Primyer Liqa"da iştirak etmək hüququnu qazanacaqlar. "Primyer Liqa" Russiyanın birinci kanalı ilə yayımlanır.

Xəbər lenti

Xəbər lenti