...

Azərbaycanlı bəstəkar Eldar Mansurov gənc müğənnilərlə çalışır

Cəmiyyət Materials 1 İyul 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Nigar Musayeva/

Bəstəkar Eldar Mansurov şou-bizneslə uzlaşmasa da, hər zaman çalışır ki, müğənniliyə iddialı olan gənclərə köməklik etsin. Hazırda bəstəkar gənc müğənnilərlə işləyir. "Bilmirəm onların yaradıcılıq taleyləri necə olacaq. Onların əsl müğənni olub-olmaması isə hələ bəlli deyil. Sadəcə məndən köməyə ehtiyaca olan hər kəsə bacardığım qədər köməklik göstərirəm. Sözün açığı indiki musiqiçilərə yazığım gəlir. Bizim vaxtımızda bu işlər bir az asan idi. Çünki incəsənət yüksək qiymətləndirilirdi. İndi hər şeyi pul həll edir. Əgər pulun varsa, səhnə karyeranı da qurmağa imkanın var",-deyən bəstəkar TrendLife-a bildirib.

Xəbər lenti

Xəbər lenti