...

Azərbaycanın həndbol üzrə yığma komandaları dünya çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 2 İyul 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan və kişilərdən ibarət həndbol üzrə yığma komandaları İtaliyanın Venetsiya şəhərində keçiriləcək tələbələr arasında dünya çempionatında iştirak edəcəklər. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı həndbolçular İtaliyaya iyulun 3-də yola düşəcəklər. İyulun 4-də startı veriləcək dünya çempionatı on gün davam edəcək. Dünya çempionatında iştirak edəcək Azərbaycanın qadınlardan və kişilərdən ibarət yığma komandalarının heyətində ümumilikdə 43 həndbolçu yer alacaq.

Qadın həndbolçulardan ibarət yığma komandaya Yevgeni Voronov və Rəfiqə Şabanova, kişilərdən ibarət komandaya isə Hikmət Abdullayev və Habil Əliyev rəhbərlik edəcəklər.

Xəbər lenti

Xəbər lenti