...

Aktrisa Həmidə Ömərova kinoda çəkilmək istəmir

Cəmiyyət Materials 4 İyul 2008 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

"Mənə bir neçə serillarada, kinolarda çəkilmək üçün təkliflər gəlib. Lakin bu təkliflər məni qane etmir. Bu filmlərdə çəkilməkdənsə, çəkilməmək daha yaxşıdır",-deyən Həmidə ÖmərovaTrendLife-a açıqlama verib. Aktrisanın fikrincə ona edilən təkliflər gedilmiş etapdır və həmin təkliflər ona maraqsızdır. "Mən bacarıqlı aktyorların, rejissorların çalışdığı serialda böyük məmuniyyətlə çəkilərdim. Ümumiyyətlə, seriallar akytorlar üçün bacarıqlarını nümayiş etdirmək üçün gözəl imkandır. Nəhayət ki, Azərbaycanda da seriallar çəkmək fikrinə düşüblər. Sadəcə görəsən çəkilən seriallar hansı səviyyədə olacaq? Digər tərəfdən isə hər kanal seriallar çəkərsə, onda rəqabət yaranacaq, deməli çəkilən filmlərin keyfiyyəti yüksək olacaq".

Xəbər lenti

Xəbər lenti