...

Azərbaycan Musiqili Komediya Teatrı repertuarında dəyişiliklər edəcək

Cəmiyyət Materials 11 İyul 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Musiqili Komediya Teatrı hazırda ciddi dəyişikliklər astanasındadır. Hacıbaba Bağırov dünyasını dəyişdikdən sonra, Elxan Ocaqov teatra direktor vəzifəsinə təyin olunmuşdu. Bu yaxınlarda isə həmin vəzifə əməkdar incəsənət xadimi Əliqismət Lalayevə həvalə olunub. Artıq teatrda dəyişikliklər hiss olunur. Tanınmış teatrşünas Məryam Əlizadə TrendLife-a öz fikirlərini söyləyib. "Bir müddət əvvəl insanlar Musiqili Komediya Teatrından uzaqlaşmışdılar. İş ondadır ki, teatrda yüksək səviyyəli quruluşlar qoyulmurdu, rejissor partiturası sərt şəkildə dəyişmişdi".

Onun fikrincə indi artıq tamaşaçıları düşünməyə vadar edən tamaşalar hazırlanır. "Əliqismət Lalayev-ixtisasca rejissordur. Mən görürəm ki, o, Musiqili Komediya Teatrında nəsə yeniliklər haqqında fikirləşir",-deyən M.Əlizadə bildirib.

Bu gün Teatrda "O, olmasın bu olsun" tamaşasının təmtaraqlı təqdimatı keçəcək. Son on il ərzində bu işlə Cənnət Səlimova ikinci dəfədir ki, məşğul olur. Rəhbərliyinin dəvəti ilə bəstəkar Gövhər Həsənzadə ilin sonuna qədər librettosunu başa vuracaq. Müziklda tanınmış gənc ifaçılar və müğənni Röya da iştirak edəcək. Bu gənclərin teatra maraqlarını artırmaq üçün edilir.

Xəbər lenti

Xəbər lenti