...

Azərbaycanın futbol üzrə yığma komandasının rəqibləri məlum olub

Cəmiyyət Materials 14 İyul 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandasının ənənəvi "Palanqa" turnirindəki rəqibləri məlum olub. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı futbolçular Bolqarıstanda təşkil olunacaq "Palanqa" turnirində Latviya, Litva və Belarusun yığma komandaları ilə görüşəcəklər.

Avqustun 19-da başlayacaq turnir beş gün davam edəcək.

Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası bir neçə gün əvvəl Avstriyada keçirilən "Yuxarı Avstriya kuboku" yarışının qalibi olub.

Azərbaycan yığmasının baş məşqçisi Almaniyadan olan Bernhard Lippertdir.

Xəbər lenti

Xəbər lenti