...

Azərbaycan tərəfindən Avropa Məhkəməsinə göndərilən Ermənistana qarşı 500-ə yaxın şikayətin kommunikasiya mərhələsi yekunlaşıb (video)

Cəmiyyət Materials 14 İyul 2008 13:11 (UTC +04:00)
Azərbaycan tərəfindən Avropa Məhkəməsinə göndərilən Ermənistana qarşı 500-ə yaxın şikayətin kommunikasiya mərhələsi yekunlaşıb (video)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycanın məcburi köçkünləri tərəfindən Avropa Məhkəməsinə göndərilən Ermənistana qarşı 500-ə yaxın şikayətlə bağlı kommunikasiya mərhələsi yekunlaşıb.

"Bu şikayətlərlə bağlı hər iki dövlətə suallar göndərilib və onların cavabları alınıb", bazar ertəsi

Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev Bakıda jurnalistlərə bildirib.

Trend -un arayışı: İndiyədək Avropa Məhkəməsinə Azərbaycandan 1600-dən çox şikayət göndərilib.

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 qərar qəbul edib, həmin qərarlar konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnun, məhkəmə qərarlarının icra olunmaması, işgəncə və pis rəftarın qadağan olunmasına aid qərarlardır.

Hacıyev deyib ki, Azərbaycan vətəndaşları olan ermənilər tərəfindən Azərbaycan dövlətinə qarşı 500 şikayət göndərilib. Avropa Məhkəməsinin hakimi bildirib ki, son illər Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin keyfiyyəti artıb. Əvvəllər göndərilən şitkayətlər İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyasının tələblərinə uyğun deyildi.

Onun sözlərinə görə, gündəlikdə minə yxın şikayət var. Şikayətlərin böyük əksəriyyəti əmlak mübahisələri nəticəsində yaranan şikayətlərdir. Hacıyev bildirib ki, Azərbaycanda son parlament seçkilərindən sonra göndərilən 40-a yaxın şikayət var. Birinci mərhələni keçmiş, yəni kommunikasiya olunmuş 40-a yaxın şikayətin oduğunu deyən hakim, onlara nə vaxt baxılacağının müəyyən olunmadığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti