...

Caz festival bu il keçirilməyəcək

Cəmiyyət Materials 15 İyul 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycanda caz festivalı hər il bu musiqini sevənlər üçün keçirilirdi. "Mən də bir çox musiqiçilər kimi bu il caz festivalın keçirilməməsinə təəssüflənirəm. Bu cazmenlərin özlərini göstrərməyə gözəl stimul idi. Axı, festivala hər il musiqiçilər xüsusi ilə hazırlaşırdılar. Heç olmasa, ildə bir dəfə Azərbaycanda belə festivallar təşkil olunarsa, caz musiqisi təbliğ olunardı, maraq artardı",- bu sözləri cazmen Cəmil Əmirov TrendLife-a bildirib.

Onun fikrincə Azərbaycanda bu müsiqi növünə maraq azdır. "Siz Tarkanın konsertlərinə baxın, zalda adam əlindən tərpənməyə yer olmur. Amma dünya şöhrətli caz musiqiçisi bura gələndə biz belə bir şeyin şahidi olmuruq".

Lakin cazmen Şahin Növrəsli hesab edir ki, Azərbaycanda bu il caz festivalının keçirilməsi heç də bu janrın inkişafına təsir etmir. "Caz heç vaxt yerində durmur. Hər nə edilir, yazılır, ifa olunur. Düzdür, təəssüflənirəm ki, festival olmayacaq. Amma festival beş-altı il təşkil olunmasaydı onda krizis haqqında danışmağa dəyərdi".

Cəmil Əmirovun Tarkanla bağlı dedikləri ilə isə Şahin Növrəsli razılaşmadı. "Pop-musiqisi və caz -iki müxtəlif sahədir. Pop musiqisi məhşurdur. Onu çox insan dinləyir, ona görə də həmin sahə daha da gəlirlidir. Əlbəttə ki, həmin konsertlərə gedənlərin də sayı çoxdur!"-deyən Ş.Növrəsli sonda vurğulayıb.

Xəbər lenti

Xəbər lenti